Home / Qaş Əkimi / Qaş Əkimi Necə Edilir? Qaş Əkdirərkən Nələrə Diqqət Etmək Lazımdır?

Qaş Əkimi Necə Edilir? Qaş Əkdirərkən Nələrə Diqqət Etmək Lazımdır?

            Saç əkilməsinin yayılması ilə birlikdə qaş və bığ əkilməsi üçün müraciət edənlərin sayı artdı. Xüsusilə də 2003-cü ildə Fue texnikasının inkişaf etməsi ilə qaş, bığ və saqqal əkimi daha da yayılmağa başladı. Bu yazımızda qaş əkiminin necə edildiyindən, etdirərkən nələrə diqqət etmək lazım gəldiyindən və qaş əkilməsi ilə bağlı bilməli olduğunuz məlumatları çatdıracağıq.

Qaş Əkimi Necə Edilir?

            Qaş əkimi ifadəsinin istifadə olunması əslində çox da doğru deyil. Lakin xalq arasında proses bu adla bilinir. Həyata keçirilən prosesi qaş nəqli kimi adlandırmaq daha doğrudur. Prosesin qaş nəqli adlandırılmasının səbəbi bədəndə mövcud olan tük köklərinin bədənin başqa bir hissəsinə daşınmasıdır. Məsələn, qaş nəqli üçün boyunda olan lazımsız tüklər qaş hissəsinə köçürülür.

Qaşın Forması Necə Müəyyənləşdirilir?

            Əkim prosesindən öncə pasiyentin bəyəndiyi qaş modelləri müəyyənləşdirilir. Pasiyentlər necə qaş forması istədiklərini çəkərək göstərirlər. Sonra isə əkim prosesi pasiyentin istədiyi modelə uyğun olaraq həyata keçirilir.

Yazımızın davamında qaş əkilməsi prosesi mərhələlərlə izah olunur:

  • Uyğun bölgədən tük kökləri götürülür
  • 2-3-4 tükdən ibarət olan qreftlər tək qreftlər halına gətirilir
  • Hazırlanan köklər dərhal əkilir (əks təqdirdə gözləyən tük kökləri ölür)
  • Əkim prosesindən sonra həmin nahiyə oksigenli su ilə təmizlənir
  • Prosesdən sonra pasiyent həmin gün evinə gedə bilir
  • 3 gün sonra yumaq mümkündür

Qaş Əkilməsi Zamanı Nələrə Diqqət Etmək Lazımdır?

 Tüklərin götürülməsi mütləq əllə həyata keçirilməlidir.

İlk növbədə, nəql olunası tük  kökləri götürülür. Bu zaman əsasən boyun nahiyəsinə üstünlük verilir. Kişilərdə isə saqqalın boğazın aşağısındakı hissəsindən tük götürmək mümkündür. Bəzi insanlarda almacıq sümükləri üzərində olan tüklərdən də istifadə etmək mümkündür. Tüklər mütləq əllə götürülməlidir. Digər halda tük köklərinə zərər dəyə bilər.

Tük Kökləri Dərhal Yerləşdirilməlidir

            İstifadə olunan tük köklərinin canlı olduğu və uzun müddət oksigensiz qaldığı halda öləcəyi nəzərə alınmalıdır. Buna görə də çıxarılan kimi dərhal əkim sahəsinə yerləşdirilməlidir.

Tükün Çıxarılması Və Əkilməsi Zamanı Uyğun Ucluqlar İstifadə Olunmalıdır

            Tükləri çıxararkən olduqca incə ucluqlardan (tük qalınlığında və ya tükdən biraz daha qalın olmalıdır) istifadə etmək lazımdır.

İynə İlə Dəliklər Açmaq Lazımdır

            Bəzi həkimlər tüklərin götürülməsi və əkilməsi prosesini kanal açmaqla həyata keçirirlər. Kanal açmağa üstünlük verilmir, çünki iz qalmasına səbəb ola bilir. Tüklərin əllə və incə ucluqlarla götürülməsi məsləhət görülür. İstifadə olunan iynə qalın olduğu halda kanal açarkən olduğu kimi iz qala bilər.

Çıxarılan tük kökləri 0,7 mm ölçülü bir iynə ilə dəlik açılaraq yerləşdirilir.

Köklər Tək-Tək Yerləşdirilməlidir

            Köklər yerləşdirilərkən tək qreftlər halında olmalı və düzgün bucaqda yerləşdirilməlidir. Əks halda təbii olmayan bir görüntü meydana gələ bilər. Qaşlarda normal halda bir kökdən bir qaş çıxdığı üçün əkim prosesində də belə olmalıdır.

Köklər Düzgün Bucaqda Yerləşdirilməlidir

            Bucağın yalnış seçilməsi də vizual olaraq istəmədiyiniz nəticələrə gətirib çıxara bilər. Bu halda tüklərin 25-30 dərəcəlik bucaqla əkilməsi çox vacibdir.

Prosesdən Sonrakı Görüntü

            Əkim prosesi kanal açılaraq edilmədiyi üçün prosesdən sonra həmin nahiyə təmizləndikdən sonra qaş əkildiyi hiss olunmur. Qanlı görüntü olmur. Kanal açılmadığı üçün (tüklər iynə ilə çıxarıldığı və əkildiyi üçün) dəlik izləri qalmır.

Qaş Nəqli Prosesi Nə Qədər Vaxt Alır?

            Qaş əkimi prosesi əkiləcək kök sayına görə 2-4 saat arasında dəyişir. Heç qaşı olmayan bir pasiyent ilə qaşını gurlaşdırmaq istəyən pasiyentə ayrılan vaxt arasında əlbəətə ki, fərq olur.

Prosesdən Sonra Nələrə Diqqət Etmək Lazımdır?

            Əkim prosesindən sonra 24 saat ərzində su ilə təmas etmək olmaz. Başqa heç bir məhdudiyyət yoxdur. Pasiyent həyatına normal formada davam edə bilər.

Əkilən Qaşlarda Tökülmə Ola Bilərmi?

            Prosesdən sonra 15-ci gün və ya 6-cı həftənin sonlarında qaşların bir qismi və ya hamısı yenidən çıxmaq şərtilə tökülə bilir. Buna şok tökülmə adı verilir. Belə bir tökülmə halı normal gedişatın bir hissəsidir. Şok tökülmə ilə tökülən qaşlar 4-8 ay sonra yenidən çıxmağa başlayır və bir ilin sonunda qaş tamamlanmış olur.

            Əlbəttə ki, hər bir pasiyentdə şok tökülmə yaşanmaya bilər. Bəzi pasiyentlərdə bu mərhələ hər hansı bir tökülmə yaşanmadan da tamamlana bilər.

Əkilən Qaşlar Nə Zaman Çıxır?

            Əslində bu sual şok tökülmə ilə də əlaqəlidir. Bəzi pasiyentlərdə şok tökülmə olduqdan sonra qaşların hamısı tökülüb 3 aydan sonra çıxa bilir və ya digərlərində belə bir tökülmə halı baş vermir. Bu, insandan insana dəyişir.

            Qaşların nə zaman çıxacağı da pasiyentə və tətbiq edilən üsula görə dəyişir. Qaşlar 3-4 ay ərzində və ya 1 il sonra da çıxa bilər. Lakin ən gec 1 il ərzində çıxır.

            Əkimdən dərhal sonra qaşların çıxmasını gözləmək doğru deyil. Çünki qaş əkimi belə bir gözləntiyə cavab vermir.

Əkilən Qaşlar Normal Qaşlarla Eyni Olur?

            Görüntü olaraq fərqləndirmək olmur, lakin sonradan əkilən qaşlar saç kimi uzanırlar. Bunun səbəbi əkilən köklərin strukturu ilə əlaqədardır. Boynun arxa hissəsindən götürülən tük saç kimi, ön hissədən götürülən tük isə saqqal kimi uzanır.

Uyğun Bucaqla Edilən Əkim Nümunələri 

Yuxarıdakı şəkildə yara izinin tük əkilməsi ilə necə örtüldüyü və təbii bir görüntü əldə edildiyini görmək mümkündür

Qaş Əkimi Üçün Qiymətlər Nədir?

İdea klinikalarında 1 tük kökü 9 TL

Qaş əkiminin qiyməti əkilən qreft (tük kökü) sayına görə müəyyənləşdirilir. İdea klinikalarında hər qreft qiyməti 9 TL olaraq təyin olunub.

            Qaş əkimində yara və yanıq izinin örtülməsi üçün 100-150 tük kökünün əkilməsi kifayət edir. Ümumiyyətlə isə 300 tük kökünün əkilməsi yaxşı nəticə əldə etmək üçün bəs edir.

            Lakin qaş əkdirərkən ilk növbədə qiymət yox əkimi həyata keçirən mütəxəssisin işlərini və onların nəticələrini araşdırmaq lazımdır. Əks halda təbii görüntüsü olmayan bir qaşdan qurtulmaq üçün daha çox vaxt və pul sərf etməli olacaqsınız.

About sevde

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir