Home / Saqqal Və Biğ Əkimi / Saqqal Və Biğ Əkimi Necə Edilir? Saqqal Və Bığ Əkdirərkən Nələrə Diqqət Etmək Lazımdır?

Saqqal Və Biğ Əkimi Necə Edilir? Saqqal Və Bığ Əkdirərkən Nələrə Diqqət Etmək Lazımdır?

            Bığ və saqqal əkimi saç əkilməsi qədər məşhur olmasa da, ən az onun qədər yayılmışdır. Lakin tətbiq baxımından daha çox profesionallıq tələb edir. Saqqal və bığın əkilməsi də eynilə estetik bir proses kimi xüsusi profesionallıq və təcrübə tələb edən bir işdir.

Saqqal Və Bığ Əkimi Hansı Hallarda Həyata Keçirilir?

            Saqqal və bığ çıxmadığı halda, həmin nahiyələrdə yara, yanıq və ya əməliyyat izləri olduğuna görə tük çıxmadığı halda, seyrəklik olduğu təqdirdə, saqqal və ya bığın simmetrik olmaması halında, Alopecia Universalis (yəni, saçqıranın bədənin hər yerində rast gəlinən növü) kimi hallarda pasiyentlər tərəfindən tük əkimi istənilir.

            Bundan əlavə, saqqal və bığ modelində dəyişiklik edilməsi istənildiyi halda da tük əkimi prosesi həyata keçirilir.

Əkim Prosesindən Öncə Nələrə Diqqət Etmək Lazımdır?

            Saqqal və bığ, təqribən, 15-16 yaşda çıxmağa başlayır və 21 yaşa qədər davam edir. Tüklərin çıxması kişi hormonu adlandırdığımız Testosteron və DHT dediyimiz Dihidrotestosteron ilə əlaqəlidir. 15 yaşdan etibarən hormonlar artmağa başlayır və tüklərin çıxmasını, artmasını və qalınlaşmasını təmin edir.

            Bu proses 21 yaşa qədər davam etdiyinə görə tük əkdirməyi düşünmədən öncə mütləq həmin yaşa qədər gözləmək lazımdır. Bu yaşa qədər tük çıxmadığı halda əkdirməyi düşünmək olar, çünki artıq çıxmayacaq deməkdir.

Kosalarda Saqqal Və Bığ Əkilməsinin Xeyri Olurmı?

            Saqqal və bığ əkilməsi mövzusunda ən çox marağa səbəb olan suallardan biri heç saqqalı çıxmayan insanlarda, yəni, kosalarda əkim prosesinin xeyrinin olub olmamasıdır. Bəli, müsbət nəticə almaq olur. Saqqal və bığınız heç olmadığı halda belə, tük əkimindən sonra onlara sahib ola bilərsiniz.

            Kosalıq, yəni, tük köklərinin olmadığı halda hər hansı bir məhsulun istifadəsi nəticəsində saqqal və bığ çıxarmaq mümkün deyil. Çünki əslində istifadə edilən məhsullar yer olaraq tük köklərinə təsir edir. Lakin kosalarda tük kökü olmadığı üçün bu məhsullar heç bir nəticə vermir. Buna görə də, bu halda yeganə və ən məntiqli yol tük əkdirilməsidir.

            Yuxarıdakı şəkildə saqqal və bığı olmayan pasiyentin əkimdən əvvəl və sonra olan görüntüsü paylaşılıb. Tük kökü olmasa belə, şəkildən də gördüyünüz kimi, tük əkdirilməsi sayəsində saqqal və bığ sahibi ola bilərsiniz.  

İzlərin Tük Əkdirilməsi İlə Örtülməsi

            Tük əkdirilməsi tələblərinin ən çox rast gəlinən səbəblərindən biri zərbə, yara, yanıq və əməliyyat izi ilə əlaqədar tük çıxmayan bölgələrin örtülməsidir. Eynilə kosalıq halında olduğu kimi, bu zaman da tük kökləri olmadığı üçün istifadə edilən hər hansı məhsuldan nəticə əldə etmək mümkün deyil. Bu hallarda da ən yaxşı həll yolu tük əkdirilməsidir.

            Tük əkdirilməsi nəticəsində izlər tamamilə örtülə bilir. İstənməyən görüntü aradan qaldırılır. Aşağıdakı şəkillərdə tük əkimi ilə izlərin necə örtüldüyünü daha aydın görə bilərsiniz.

Tük Əkimi İlə Saqqal Və Bığın Gurlaşdırılması

Pasiyentlərin müraciət səbəblərindən biri də saqqal və bığın gurlaşdırılmasıdır. Bəzi pasiyentlərdə tük kökləri az olduğuna görə saqqal və bığda tüklər seyrək olur.

            Seyrəklik üçün tük əkdirilməsi düşünülmədən öncə bu problemin səbəbi müəyyən edilməlidir. Saqqal və bığın seyrək olmasının səbəbləri bunlar ola bilər:

  • Genetik baxımdan tük köklərinin az olması ilə əlaqədar seyrəklik
  • Hormon əksikliyi ilə əlaqədar yaranan seyrəklik
  • Hormon əksikliyi ilə əlaqədar tüklərin çox nazikləşərək gücsüzləşməsi
  • Pullu dəmrov, ekzema, xərçəng xəstəliyi müalicəsi almaq, tükü dartaraq çıxarmaq, saçqıran (alopecia arata) kimi səbəblərdən yaranan seyrəklik

Hormon əksikliyi səbəbindən yaranan seyrəklik hormonların artırılması ilə aradan qaldırıla bilər. Lakin genetik olaraq tük sıxlığı azdırsa, əkim edilməlidir. Buna görə də, ilk öncə seyrəkliyin səbəbi tapılmalı, daha sonra isə həll yolu axtarılmalıdır.

Yuxarıda qeyd edilən səbəblərə əlavə olaraq, saqqal və bığın modelinin dəyişdirilməsi, simmetrik olmayan saqqal və bığın simmetrikləşdirilməsi səbəbilə də tük əkimi etmək mümkündür.

Saqqal Və Bığ Əkimi Haqqında Nələri Bilmək Lazımdır?

            Yazımızda prosesi əkim olaraq adlandırsaq da, əslində, tük köçürülməsi (nəqli) ifadəsi prosesi daha doğru aydınlaşdırır. Çünki tük kökü pasiyentin öz bədənindən götürülərək yenə də öz vücudunun başqa bir bölgəsinə köçürülür. Kənardan tük kökü gətirilib əkilmir. Lakin proses xalq arasında belə yayıldığı üçün bu cür adlandırma da səhv hesab edilmir.

            Saqqal və bığ əkimi məntiq olaraq saç əkimi ilə eyni olsa da, daha çox təcrübə və bacarıq tələb edir. Buna görə də tük əkdirərkən nələrə diqqət etməli olduğunuzu yaxşı bilməlisiniz. Yazımızın davamında əkim prosesinin necə edildiyini və bu zaman diqqət edilməli məqamları detalları ilə nəzərinizə çatdırırıq.

Necə Edilir?

            Əkim prosesi bədənin tük olan hər hansı bir hissəsindən, əsasən, boyunun ön və arxa hissəsindəki lazımsız tük köklərini bədənin başqa bir nahiyəsinə köçürməklə  həyata keçirilir.

            Lakin tük əkimi zamanı köklərin düzgün yerdən götürülməsi, onların məhz əllə götürülməsi, kanal açmaq əvəzinə tük köklərinin iynə vasitəsilə əkilməsi, bu zaman doğru ucluqlardan istifadə edilməsi, götürülən köklərin oksigensiz qalmaması üçün dərhal əkilməsi, tük köklərinin düzgün bucaq altında yerləşdirilməsi və tək-tək əkilməsi kimi detallara diqqət etmək lazımdır.

Tük Köklərinin Düzgün Yerdən Götürülməsi

            Tük köklərinin düzgün nahiyədən götürülməsi əkim prosesinin keyfiyyəti ilə birbaşa əlaqəlidir. Buna üçün ən uyğun bölgə boyunun ön və ya arxa hissəsidir. Bu nahiyələrdən götürülən tük kökləri saqqal və bığ tükləri ilə daha uyğun olur və təbii görüntü yaradır.

Köklərin Götürülməsi Və Əkilməsi Kanal Açmadan Reallaşdırılmalıdır

            Kanal açaraq tük əkilməsi izin qalmasına və tüklərin dik formada çıxmasına səbəb olur. Bu səbəbdən, əkimi kanal açmadan iynə ilə deşərək etmək lazımdır. Bu yolla heç bir iz qalmadan və düzgün bucaqlar altında prosesi həyata keçirmək mümkündür. Bundan əlavə, kanal açaraq tük əkilən zaman köklər tək halda deyil, qrup halında yerləşdirilir. Belə olduğu halda təbii olmayan görüntü yaranır.

Köklərin Götürülməsi Və Əkilməsi Zamanı Doğru Ucluqların İstifadə Olunması

            Əkim prosesinin kanal açaraq deyil, iynə ilə edilməsinin vacib olduğunu vurğulamışdıq. Uyğun olmayan və daha qalın ucluqlarla əkim edildiyi halda, eynilə kanal açarkən olduğu kimi iz qala bilər. Buna görə də mütləq uyğun ucluqlar istifadə edilməlidir. İstifadə edilən ucluqlar tüklərdən yalnız biraz qalın olmalıdır. Yəni, təqribən 0,6-0,7 mm-lik ucluqlardan istifadə edilməlidir.

Tük Kökləri Dərhal Əkilməlidir

            Tük kökləri çıxarıldığı yerdən əkiləcək yerə dərhal yerləşdirilmədiyi halda oksigensiz qalaraq ölə bilər. Bu isə tükün əkilməsinə baxmayaraq inkişaf etməməsinə səbəb ola bilir.Belə olduğu halda əkimdən sonra istənilən nəticə əldə edilmir. Əkim prosesi zamanı çox sayda tük kökünü çıxarıb yavaş-yavaş əkmək əvəzinə az miqdarda çıxararaq dərhal əkmək vacibdir. Bu halda tük kökü itkisi çox az olur.

Tük Kökləri Tək-Tək Yerləşdirilməlidir

            Təbii görüntü əldə etmək üçün tükləri tək-tək əkmək lazımdır. Normal halda saqqal və bığ nahiyəsində bir kökdən bir tük çıxır. Lakin bəzi həkimlər kanal açaraq toplu halda əkim edirlər. Bu halda təbii olmayan görüntü ortaya çıxır. Aşağıdakı görüntüdə tüklərin toplu şəkildə əkilməsi dedikdə nəyin nəzərdə tutulduğu aydın göstərilir.

Tük Kökləri Uyğun Bucaq Altında Əkilməlidir

            Köklərin düzgün bucaq altında yerləşdirilməsi ən vacib detallardan biridir. Bucaq 30-35 dərəcə olmalı və digər tük köklərinə uyğun formada əkilməlidir. Əks halda dik formada çıxan tüklər çirkin saqqal və bığ formasının yaranmasına səbəb olur.

Əkilən Köklər Tökülərmi?

            Saç əkilməsi də daxil olmaqla bu tip proseslərdən sonra şok tökülmə adlanan bir mərhələ yaşanır. Bəzi pasiyentlər bu mərhələni yaşamasalar da, əksər hallarda baş verir və bu zaman onlar çox narahat olurlar. Lakin bu, normal haldır və narahatlığa heç bir səbəb yoxdur.

            Əkimdən təqribən 15 gün sonra əkilən köklərin hamısı və ya bir qismi tökülür. Buna şok tökülmə deyilir. Bu zaman tökülən tüklər 4-8 ay ərzində yenidən çıxır və maksimum 1 il ərzində ən son formasını ala bilir.

            Bu müddət ərzində stress və narahatlıq keçirmədən həmin mərhələnin tamamlanmasını gözləmək lazımdır.

Necə Edildiyini İzləyə Bilərsiniz

Nə qədər saç əkilməlidir?

            Əkiləcək kök sayı pasiyentə görə dəyişir. Məsələn, heç saqqalı olmayan bir pasiyentə orta hesabla 1000 kök əkilirsə, daha gur saqqal üçün 1500-2000 arası tük əkilir. Saqqalı olan, lakin daha da gurlaşdırmaq istəyən pasiyent üçün 300-400 tük yetərli ola bilir. Küçük bir yara izinin örtülməsi üçün isə 100 tük kökü kifayətdir.

Əkim Zamanı Hər Hansı Bir Limit Varmi?

            İdea klinikalarında 300 kök limiti vardır. 300-dən az sayda tük əkimi reallaşdırılmır.

Əkim Qiymətləri Nə Qədərdir?

            Tük əkilməsi zamanı qiymətlər əkilən tük kökü sayına və tükün götürüldüyü yerə əsasən müəyyənləşdirilir.

            Tük kökləri saqqal hissədən alındığı zaman bir kökün qiyməti 8TL, boyunun arxasından alındığı zaman isə 6TL hesablanır. Məsələn, saqqal hissədən 300 kök götürüldüyü halda qiymət 2400TL, boyunun arxasından götürüldüyü halda isə 1800TL hesablanır.

            Tük əkdirərkən qiymətdən əlavə, keyfiyyətə və təbii görüntünün əldə edilib edilməyəcəyinə daha çox önəm verilməlidir. Əks halda  sonradan yaranan çirkin bir görüntüdən xilas olmaq üçün xərcləyəcəyiniz pul daha çox ola bilər.

Tük Əkildiyi Hiss Olunurmu?

            Bu sualın cavabı reallaşdırılan prosesin keyfiyyəti ilə birbaşa əlaqəlidir. İş yaxşı görüldüyü halda təbii bir görüntü ortaya çıxdığına görə heç nə hiss olunmaz. Lakin düzgün bucaqlar seçilmədiyində nahiyəyə tük əkildiyinin fərqinə varmaq olur. Buna görə də əkimi həyata keçirəcək həkimi yaxşı araşdırdıqdan sonra seçmək lazımdır.

About sevde

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir