Home / Varikoz Genişlənmə / Varikoz genişlənmə nədir?

Varikoz genişlənmə nədir?

Bu yazımızda, xüsusilə qadınlar arasında tez-tez rast gəlinən varikoz genişlənmə haqqında bəhs edəcəyik. Varikoz genişlənmə dünya miqyasında yetkin əhalinin təqribən 60 faizində görülən xəstəlikdir.

Varikoz Genişlənmə nədir?

Bədənimizdə iki ana damar qrupu vardır. Bunlar arteriya və venalardır. Arteriya damarları təmiz qanın bədənə paylanmasını, vena damarları isə istifadə edilmiş qanın yenidən ürəyə qaytarılmasını təmin edir. Varikoz genişlənmə istifadə olunan qanı ürəyə çatdıran vena damarlarında meydana gəlir.

Vena damarlarında meydana gələn bu genişlənmə varikoz genişlənmə adlanır. Genişlənmiş damarlarda büzülmə və rənginin dəyişməsi halları müşahidə olunur. Bu damarlar qırmızımtıl və ya bənövşəyi rəngə çevrilir.

Varikoz Genişlənmə Niyə Yaranır?

Vena damarları bədəndə istifadə edilmiş qanı yenidə ürəyə çatdırır. Bu çatdırılma zamanı qanın geriyə axmaması üçün damarların üzərində klapanlar vardır. Bu klapanlar damarların üzərində 5-10 sm məsafə ilə yerləşir. Bu klapanların fəaliyyətinin pozulması çirkli qanın sızmasına və həmin nahiyədə yığılmasına səbəb olur. Həmin bölgədə yığılan qan zamanla damarın genişlənməsinə və strukturunun pozulmasına gətirib çıxarır.

Damar klapanlarının fəaliyyətinin pozulmasının səbəbi isə ayaqlara düşən təzyiqin artmasıdır. Təzyiqin armasına səbəb olan hallar bunlardır:

  • İrsi
  • Uzun müddət ayaqüstü qalmaq
  • Uzun müddət oturmaq
  • Ağır çəkili olmaq
  • Yaşlanma
  • Hamiləlik

İrsi

Varikoz genişlənmə haqqında irsi xəstəlikdir ifadəsinin işlədilməsi çox doğru olmasa da, onun irsi faktorlarla əlaqəsi də inkar edilə bilməz. Ailəsində varikoz genişlənməyə rast gəlinən insanlarda bu halın yaşanması riski daha yüksəkdir. Hər iki ailə üzvündə varikoz genişlənmə görülən qadınlarda bu riskin təqribən 90%  olması düşünülür.

Uzun müddət ayaqüstü qalmaq/ uzun müddət oturmaq

Ayaqlarda istifadə olunan qan ürəyə çatdırılarkən çətinlik yarana bilir. Bunun səbəbi isə qanın ayaqlardan ürəyə cazibə qüvvəsinin əksi istiqamətində hərəkət etməsidir. Uzun müddət ayaqüstü qalmaq və ya oturmaq qanın damarlarda hərəkətini çətinləşdirir və varikoz genişlənmənin yaranması üçün zəmin hazırlayır.

Həddindən artıq çəkinin olması

İnsanın həddindən artıq ağır çəkidə olması ayaqlara düşən təzyiqi artırır. Təzyiqin artması isə klapanların fəaliyyətinin pozulmasına və varikoz genişlənmənin yaranmasına gətirib çıxarır.

 Yaşlanma

Yaşın artması ilə əlaqədar toxumalarda və əzələlərdə zəifləmə meydana gəlir. Bu səbəbdən dolayı yaşlı insanlarda varikoz genişlənmə yaranması riski daha çoxdur. Xüsusuilə, yaşı 50-dən yuxarı olan qadınların təqribən yarısından çoxunda varikoz genişlənməyə rast gəlinir. Araşdırmalara görə, gənclərdə bu xəstəliyin yaranma riski 39% olduğu halda, yaşı 50-dən çox olan fərdlərdə bu risk 62%-ə yüksəlir.

  Hamiləlik

Hamiləlik zamanı ananın bədənində bir çox dəyişikliklər meydana gəlir. Bunlardan biri də bədəndə olan qan miqdarının artmasıdır. Damarlarda olan qan miqdarının artması onların üzərinə düşən təzyiqin artmasına səbəb olur. Eyni zamanda, körpənin zamanla böyüməsi də bədəndəki ağırlığı artıraraq varikoz genişlənmənin yaranmasına gətirib çıxarır.

 Necə müalicə olunur?

Müalicə varikoz genişlənmənin növünə görə müəyyən olunur. Varikoz genişlənmə xırda kapilyarların genişlənməsi, orta ölçülü və böyük ölçülü olmaqla 3 yerə bölünür.

Kapilyarların genişlənməsi, normalda, sağlamlıq problemi kimi qəbul edilməyən damar çatlarıdır. 1-2 mm böyüklüyündə olan və görüntü olaraq hörümçək toruna bənzəyən xırda damarlardır. Zamanla böyüyərək orta və ya böyük ölçülü varikoz genişlənməyə çevrilmirlər, lakin hörümçək toru kimi yayıla bilirlər.

Orta ve böyük ölçülü varikoz genişlənmələr isə vena damarlarında yaranan damar genişlənmələridir. Orta ölçülü varikozlar müalicə edilmədiyi halda böyük ölçülü varikozlara, böyük ölçülü varikozlar müalicə edilmədiyi halda isə zamanla ayaq yaralarına çevrilə bilər.

Varikoz genişlənmələr lazer, radiofrekans, skleroterapiya və köpük müalicəsi kimi əməliyyatsız metodlarla müalicə edilir. Varikozların əməliyyat yolu ilə də müalicəsi mövcuddur. Lakin digərlərinə nisbətən bu müalicə üsulu çox yayılmamışdır.

Lazerlə varikoz genişlənmənin müalicəsi

Lazer cihazı sağlamlıq və estetika sahəsində uğurla istifadə olunmaqdadır. Sağlamlıq baxımından istifadə olunduğu sahələrdən biri də varikoz genişlənmənin müalicəsidir. Müalicə damar içi və dəri səthi olmaq üzrə iki fərqli formada həyata keçirilir.

Dəri səthindən lazer müalicəsi (Exotherme lazer)

Dəri səthindən lazer müalicəsi yalnız xırda kapilyarların çatları zamanı tətbiq edilir. Bu texnikaya Ekzoterm Lazer müalicəsi də deyilir. Çatlamış kapilyar damarlar dəri səthindən lazer işığı vasitəsilə müalicə edilir. Lazer cihazı 1sm-lik nahiyəyə təsir göstərir.

Damariçi Lazer Müalicəsi – Endovasal Lazer Ablasiyası

Kapilyarlardan başqa, dəri altında yaranan digər damar genişlənmələri zamanı Endovasal Lazer Ablasiyası, yəni, damar içi lazer müalicəsi tətbiq olunur. Damar içi lazer müalicəsi ultrasəs cihazları ilə həyata keçirilir. Dəri üzərində kiçik bir kəsik açılır və lazer cihazının incə ucu ultrasəs cihazı ilə birlikdə damarın içinə yeridilir. Lazım olan nöqtəyə gəldikdən sonra isə cihaza enerji verilərək həmin bölgə mərhələli şəkildə bağlanır.

 Radiofrekans ablasiya ilə müalicə

Radiofrekans üsulu ilə müalicə də lazerlə müalicə kimi damar içi və dəri səthindən tətbiq olunur. Radiofrekans cihazı varikoz genişlənmə müalicəsində lazerdən daha effektli bir cihaz olaraq inkişaf etdirilmişdir. Təsir sahəsi lazerdən 7 qat daha genişdir. Yəni lazer cihazı 1sm-lik bölgəyə təsir edərkən, radiofrekans cihazı 7sm-lik bir bölgəyə təsir göstərir.

 Dəri Səthindən Rradiofrekans müalicəsi

Dəri səthindən tətbiq olunan radiofrekans ablasiya müalicəsində radiodalğaları istilik enerjisinə çevirən cihaz vasitəsilə kapilyar damarlar müalicə olunur.

Endovasal Radiofrekans Ablasiya vena damarlarının genişlənməsi zamanı istifadə olunan və damar içindən tətbiq edilən müalicə üsuludur. Tətbiqi damar içi lazer texnikası ilə eynidir. Ultrasəs cihazının köməyi ilə xəritə çıxarılaraq həyata keçirilir. Təsir sahəsi lazerdən daha genişdir.

Skleroterapiya

Skleroterapiya her hansı bir kəsik olmadan inyeksiya yolu ilə damarın bağlanmasıdır. Bu zamana qədər inkişaf etdirilmiş ən effektli və praktik varikoz müalicəsi texnikasıdır. Damarın bağlanmasını təmin edən dərman şpris vasitəsilə damara yeridilir. Proses iynə vurulması kimi sadə və ağrısızdır. Bu müalicə üsulunun vena damarlarının genişlənməsi zamanı tətbiq olunan növü skleroterapiya, kapilyar damarlara tətbiq edilən növü isə mikroskleroterapiya adlanır.

 Köpük Müalicəsi

Köpük müalicəsi skleroterapiyanın böyük ölçülü damarlar üçün inkişaf etdirilmiş növüdür. Bu müalicədə xüsusi maddə üç tərəfli kranın köməyilə hava ilə qarışdırılıb köpük halına gətirilir. Bunun vasitəsilə də daha az xüsusi maddə ilə daha geniş sahəyə təsir etmək olur.

Köpük və skleroterapiya üsulu ilə müalicə edilən damarlarda yenidən varikoz genişlənmənin yaranması riski yoxdur. Bu üsullarla problemli damar qalıcı şəkildə müalicə edilmiş olur.

Köpük və Skleroterapiyanın Müsbət cəhətləri

Varikoz genişlənmə keçmişdə əməliyyatla müalicə edilirdi. Yəni dəridə kəsik açılaraq (20-30sm-lik) problemli damar kəsilərək bədəndən çıxarılırdı. Lakin hal-hazırda skleroterapiya və köpük müalicə üsulları sayəsində heç bir kəsik olmadan, yalnız inyeksiya vasitəsilə sadə formada müalicə edilir.

  • Xəstəxanada qalmağa ehtiyac olmur
  • Narkoza ehtiyac olmur
  • Xəstənin rahatlığı yüksək dərəcədə olur
  • Təkrarlanma riski yoxdur
  • Praktik üsuldur, 10 dəqiqə kimi qısa müddətdə tətbiq oluna bilir
  • Ağrısızdır
  • Müalicə sonrasında xüsusi baxıma ehtiyac qalmır
  • Müalicənin maliyyəti, əməliyyatla nisbətdə diaha sərfəlidir
  • İş gücünün itirilməsi ehtimalı yoxdur, xəstə həmin sosial həyatına geri dönə bilir.

About sevde

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir