Home / Ət Xalı (Nevus) / Ət xalı (Nevus) Necə Müalicə Olunur?

Ət xalı (Nevus) Necə Müalicə Olunur?

Ət Xalı (Nevus) Necə Müalicə Olunur?

Bu yazımızda insanların çoxunda rast gəlinən ət xallarının necə müalicə olunmasından bəhs edəcəyik. Ət xalın hansı üsulla əməliyyat olunaraq götürülməsi, iz qalıb qalmaması mövzusunda çox önəmlidir. Bu səbəbdən, müalicəyə qərar verdikdən sonra mütləq şəkildə müalicə üsulunun detalları araşdırılmalı və profesional bir həkimə üstünlük verilməlidir.

Ət Xalın Müalicə Üsulları Hansılardır?

Ət xalı əməliyyat, krioterapiya, lazer, elektrokoter, plazma və radiofrekans kimi tibbi texnikalarla götürülə bilir.

Ət Xalı Əməliyyatı ( İz qoyu)

Əməliyyat ət xalın müalicəsi üçün məsləhət görülən üsul deyil. Dezavantajlı və iz qoyan müalicə üsuludur. Buna baxmayaraq, hələ də bu üsulu tətbiq edən həkimlər, təəssüf ki, mövcuddur.

Ət xalı əməliyyatında bədəndə olan xal cərrahi yolla kəsilərək götürülür. Ət xalın kəsilərək götürülməsi ən az onun öz ölçüsündə, bəzən isə xaldan daha böyük izin qalmasına səbəb olur. Ət xalı əsasən zərərsiz dəri törəməsidir və aradan qaldırılma istəyi də daha çox estetik səbəblə olur. Buna görə də, ən az xalın öz ölçüsündə iz qoyan əməliyyat üsulunu seçmək çox məntiqsizdir.

Bundan əlavə, əməliyyat yolu ilə yalnız dəri üzərindəki qabarıq xalları götürmək mümkün olur, dəri səthindəki qabarıq olmayan xalların aradan qaldırılmasında heç bir faydası olmur.

Lazer Müalicəsi

Lazer cihazı tibbin bir çox sahəsində istifadə olunur. Ət xalın müalicəsi də bunlardan biridir.

Lazer işığı ilə ət xalı buxarlaşdırıla bilir. Lakin lazer cihazı yalnız dəri üzərindəki qabarıq olmayan və tünd rəngli xallara təsir edir. Qabarıq xalların müalicəsində lazer cihazının heç bir faydası olmur. Effektiv üsul olmasına baxmayaraq, təəssüf ki, bütün hallarda tətbiq oluna bilmir.

Elektrokoter Mualicəsi

Koter cihazının adı lazer qədər məşhur olmasa da, tibb sahəsində lazer qədər, hətta lazerdən daha çox istifadə olunur. Koter cihazı elektrik enerjisini istilik enerjisinə çevirən bir cihazdır. Yüksək istilik dərəcəsi sayəsində əməliyyatlarda neştər əvəzinə istifadə olunur və dəriyə yaxınlaşdırıldığı zaman buraxlanma baş verməsinə səbəb olur.

Bu xüsusiyyətinə görə ət xalın müalicəsində də istifadə olunur. Lakin cihaz çox güclü olduğuna görə, toxundurulduğu nayihədə lazım olandan daha artıq dəri itkisinə səbəb də bəzi dövlət xəstəxanalarında bu cihazdan istifadə edilir.

Plazma Müalicəsi

Metodun adı plazma müalicəsidir. Cihazın köməyi ilə tətbiq olunur. Plazma metodu üçün bir çox fərqli cihazlar mövcuddur. Hər birinin göstərdiyi təsir təqribən eynidir.

Cihaz dəriyə yaxınlaşdırılır və dəri ilə cihaz arasında qalan havanı ionlaşdıraraq plazma yaranmasını təmin edir. Bunun sayəsində dəri incə qatlar şəklində yoxa çıxmağa başlayır. Cihazın bu təsirinə görə iz qalması riski olduqca azdır.

Effektiv bir üsuldur. Lakin yalnız qabarıq olmayan xallarda öz təsirini göstərir, qabarıq xallara isə heç bir təsiri olmur.

Radiofrekans Müalicəsi

Aktual olaraq istifadə edilən və ən yaxşı nəticələr əldə edilən ət xalı müalicəsi üsuludur. Praktik, ağrısız, iz qoymayan və buna görə də məsləhət görülən müalicə metodudur. Proses koter və plazma metodlarında olduğu kimidir. Lakin radiofrekans cihazı daha effektiv bir cihazdır.

Bu cihaz radiofrekans dalğalarını istilik enerjisinə çevirmə xüsusiyyətinə malikdir. Güclü təsirə malik bir cihaz olmasına baxmayaraq, olduqca həssas şəkildə tənzimlənir.

Belə ki, hər bir ət xalı üçün fərqli parametrlərdə işləmək imkanı verir. Bundan əlavə, həssas tənzimlənmə xüsusiyyətinə görə iz qoyma riski də minimum hesab olunur. Radiofrekans cihazı ilə dərinin çox incə qatları buxarlaşdırıla bilir.

Bu yolla ət xalı istənilən ölçüdə buxarlaşdırılma imkanına malikdir. Dəridə iz qalma və çuxur yaranma riskini ən aza endirmək üçün dəri olduqca incə təbəqələr halında buxarlaşdırılma prosesinə məruz qalır. Bununla əlaqədar bəzi xallar ləkələr halında iz qoya bilir və bu hallarda əlavə seanslara ehtiyac duyulur.

Yazımızda ət xalın müalicəsi zamanı tətbiq edilən metodlara detallı şəkildə toxunmuşuq. Müalicə almadan əvvəl mütləq müalicə üsullarını araşdırıb bilgiləndikdən sonra həkim və klinikanı seçin.

Krioterapiya (Dondurma)

Krioterapiya müalicəsi, ümumən, dermatologiya ekspertləri tərəfindən tətbiq edilir. Müalicənin məqsədi, adından da anladığımız kimi ət xalının soyudularaq dondurulmasıdır.

Krioterapiyanın tətbiqində xal maye azot istifadə edilən bir cihazın köməyi ilə -60 dərəcəyə qədər soyudulur. Bu yolla dərinin protein dəyəri dəyişir və xal toxuması çürüyərək dəridən qopub düşür. Bu prosesi qanqren xəstəliyinə bənzətmək mümkündür. Qan dövranında olan yavaşlama və ya infeksiya səbəbilə bədənin hər hansı bir hissəsinin ölümünə “qanqren” deyilir. Ət xalın dondurularaq çürüdülməsi də bu xəstəliyə bənzəyir.

Krioterapiyada cihazın nə qədər dərinə təsir göstərəcəyi, yəni, nə qədər dərinin çürüməsinə səbəb olacağı bəzən tam hesablana bilmir. Buna görə sağlam toxumalar da zərər görə bilər.


Sağlam toxumanın zərər görməsi isə dəridə çuxur yaranmasına səbəb ola bilər. Bu səbəbdən dolayı, krioterapiya müalicə üsulu seçildiyi təqdirdə bu risk də gözə alınmalıdır.

Dərmanla ət xalı müalicəsi

Ət xalı şiş halında olduğu üçün bitkilərlə müalicə edilməsi mümkün deyil. Onları müalicə etdiyini iddia edən məhsullar isə yandırıcı turşu tərkibli kimyəvi maddələrdir və istifadəsi çox risklidir.

Fəridə Əlizadə

About sevde

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir