Əsas səhifə / Anal Çat (Anal Fissur) / Anal Çat (Anal Fissur) Nədir?

Anal Çat (Anal Fissur) Nədir?

Anal Çat (Anal Fissur) Nədir?

Uşaqlar da daxil olmaqla, bütün insanlarda meydana gəlməsi mümkün olan anus bölgəsi xəstəliklərindən biri olduğunu vurğulamaqla başlamaq istəyirəm. Xəsətliyin, struktur olaraq nədən ibarət olduğuna nəzər yetirsək, defekasiya (nəcis ifrazı) akti zamanı anus dəliyinin iç hissəsində (çölə yaxın nöqtədə) kiçik bir kəsik və ya yırtığın yaranmasıdır. Aşağıdakı şəkildə nə demək istədiyimi daha dəqiq anlayacaqsınız. Əmələ gəlmə müddətindən asılı olaraq, çatlar yeni və xroniki olmaqla iki qrupa ayrılır. Bu detallar haqqında Anal Fissur Əlamətləri başlığı altında daha aydın söhbət açacağıq. İndi isə xəsətliyin səbəblərinə nəzər yetirək.

 Anal Fissur Nə Üçün Yaranır?

Çox gözəl sualdır deyə bilərəm. Çünki anus bölgəsində çatın niyə yarandığını bilsəniz qarşısını almaq asanlaşar və yaranma riskini azaltmış olarsınız. İlk səbəblərdən biri kimi qəbizliyi qeyd edə bilərik.

Qəbizlik (Konstipasiya)

Bəli, dostlar, yazının əvvəlində də bildirdiyim kimi, xəsətliyin ən əsas səbəbi qəbizlik problemidir. Digər adı Konstipasiya olan qəbizlik əslində sadə bir problem kimi yox, məhz xəstəlik kimi qəbul edilməlidir. Çünki xroniki hal aldığı zaman anal çat da daxil olmaqla, babasil və anal hemotoma (anus ətraında qan laxtalarının toplanması) kimi problemlərə gıtirib çıxarır.

İshal (Diareya)

Anusun daxili hissəsində çat yaradan digər səbəb ishaldır (diareya). Yəni qəbizlik tək səbəb deyil.

Anal Çat Əlamətləri Nələrdir?

Ən müsbət tərəflərindən biri xəstəliyin ilk andan etibarən fərqinə varılmasıdır. Təbii ki, insanlarımız anal müayinələrdən utandığı üçün uzun müddət həkim diqqətindən kənarda qalırlar. Əlamətlər xəstəliyin yeni və ya xroniki olmasına görə fərqlənir. Təklif edirəm ki, bunları da başlıqlarla ayıraq.

Defekasiya Aktı Zamanı Ağrı

Ən tez fərqinə varılan əlamət defekasiya zamanı ağrının hiss edilməsidir. Nəcis, yaranmış çatla təmasda olduğu üçün insanın canı sanki xırda şüşə parçaları ilə kəsilirmiş kimi ağrıyır. Bu ağrı, xəstəliyin yeni yarandığı insanlarda (ilk 15 gün ərzində) defekasiyadan sonra 3-4 dəqiqə ərzində keçir. Xroniki, yəni, 15 günü keçən xəstələrdə isə defekasiya sonrasında 4-5 saat davam edə bilir. Bu səbəbdən xəstələr tualetə getmək istəmirlər.

Defekasiya Aktından Sonra Qanaxma

Digər bir əlamət isə qanaxmadır. Təbii ki, qanaxma babasil və anus xərçəngi daxil olmaqla bir çox xəsətliklərdə görülür. Fərqləndirə bilmək üçün qanın rənginə diqqət etmək lazımdır. Anal Fissur qanaxması açıq rənglidir və sadəcə 1-2 damcı ola bilir. Normalda, tualet kağızında görmək mümkündür.

Qaşıntı

Anal Fissur qaşıntıya səbəb ola bilir. Təbii ki, sadəcə qaşıntı probleminə baxaraq dəyərləndirmək yalnış ola bilər. Çünki qaşıntının ən böyük səbəbi perianal dermatit xəstəliyidir.

Anal Fissur Necə Sağalır?

Həll edilməsi çox sadə olan xəstəliklərdən biridir. Yeganə problem, erkən diaqnozun qoyulması və müalicəyə başlamaq əvəzinə xroniki hala gəlməsini gözləməkdir. Hətta ilk iki həftə ərzində sizin gördüyünüz tədbirlər və istifadə edəcəyiniz kremlərlə də sağalma ehtimalı vardır. Buna görə də, xəstəliyin ilk fərqinə vardığınız anda mütləq həkimə müraciət edin.

Həkim – Proktoloqa Müraciət Edin

Problemi hiss etdiyiniz an, başlıqda da deyildiyi kimi bu sahə üzrə ixtisaslaşmış bir həkimin müayinəsində olmalısınız. Bu sahə üzrə ixtisaslaşmış həkimlər ümumi cərrahlardır. Lakin ümumi cərrahiyə özlüyündə çox geniş olduğu üçün anal nahiyə xəstəliklərinın diaqnozu və müalicəsi üzrə ixtisaslaşmış xüsusi bir sahə da meydana gəlmişdir. Proktologiya adlandırdığımız bu sahə həkiminin müayinəsində olmağınız sizə daha uğurlu bir həll yolu təklif edəcək. Müayinə zamanı çat aşkarlanarsa dərhal müalicəyə başlamaq lazımdır.  Müalicə metodları krem də daxil olmaqla çox çeşidlidir. Yazının davamında bunları gözdən keçirəcəyik.

Anal Çat Müalicəsi Necə Edilir?

Yuxarıda da qeyd edildiyi kimi müalicə bir neçə üsulla aparılır. Bunun üçün ilk növbədə xəstəliyin diaqnozu qoyulmalıdır. Diaqnoz qoyularkən diqqət edilməli əsas məqam xəstəliyin yeni olması və ya 15 günü keçərək xroniki hal almasıdır. Çünki müalicə üsulları bu iki faktora əsasən seçilir. İcazənizlə, indi nümunə göstərərək müalicə üsullarını nəzərdən keçirək.

Anal Fissur Kremlərində İstifadə Edərək Müalicə

Xəstəliyin ilk vaxtlarında həkimə müraciət etdiyiniz halda cərrahi müdaxiləyə ehtiyac olmadığı üçün sizə kremlə müalicə üsulu təklif olunacaq. Təbii ki, qəbizlik və ya ishal probleminiz varsa, müalicənin uğurlu olması üçün ilk növbədə həmin problemlərin aradan qaldırılması məqsədilə tədbir görməlisiniz. Krem 100% effektiv üsuldur deyə bilmərik. Lakin mütləq yoxlamaq lazımdır. Bu baxımdan məsləhət görə biləcəyimiz iki fərqli krem markası mövcuddur.

Anuflex (Bitki Tərkibli Anal Çat Kremi)

Bu kremlərdən biri anal fissur kremi Anuflex’dir. Çünki tamamilə bitki tərkiblidir və heç bir əks təsiri yoxdur. Tərkibində qərənfil yağı, kalendula (gülümbahar) yağı, at şabalıdı və biyan kökü ekstraktı mövcuddur. Məhsulla bağlı məlumatları anuflex.com səhifəsindən əldə edə bilərsiniz.

BOTOX (Botulin Toksini) Tətbiqi

Əziz dostlar, Rectoderm və Anuflex kremləri sadəcə ilkin mərhələ olan 15 günlük bir müddətdə daha effektiv üsul sayıla bilir. Xəstəlik inkişaf edib xroniki hal aldığı zaman kremlərin heç bir təsiri olmur. Bu halda cərrahi müdaxilə etmək lazım gəlir. Biz, yenə də, əməliyyata ehtiyac qalmadan sadəcə 1 dəqiqə ərzində tətbiq edilən BOTOX üsulunu məsləhət görürürk. Müalicənin məqsədi çatın sağalmasının qarşısını alan (qeyri-ixtiyari gərilən) əzələlərin 6 ay müddətində iflic edilməsidir. Bu zaman əzələlərin qeyri-ixtiyari gərilməsinin qarşısı alındığı üçün çat sağalmağa başlayacaq.

Anal Çat Əməliyyatı

Digər müalicə üsulları isə əməliyyatlardır. Əməliyyatın məqsədi də qeyri-ixtyari gərilən əzələlərin kəsilərək xəstəliyin müalicə edilməsidir. Lakin digər metodlara nisbətən bir sıra ciddi mənfi cəhətləri vardır. Qaz və nəcis qaçırtmasına səbəb ola bilər. Əməliyyat açıq və qapalı olmaqla iki yolla həyata keçirilir və 5-10 dəqiqə ərzində bitə bilir.

Xəstələr Necə Qidalanmalıdırlar?

Müalicənin uğurlu olması üçün xəstə öz qidalanmasına diqqət etməlidir. Xüsusuilə qəbizliyə səbəb ola biləcək qidalardan yayınmalı və daha çox lifli qidalar qəbul etməlidir. Bol maye qəbul etməsi və hər gün 1 saat ərzində gəzməsi məsləhət görülür. Gəzinti qalın bağırsaq əzələlərinin fəaliyyətini təmin edərək qəbizliyin qarşısını alacaq.

Anus Dəliyində Şiş Yarana Bilər?

Bəli, əziz dostlar, xəstəliyin inkişafı və dərinləşməsi ilə əlaqədar anus dəliyində şiş yarana bilər. Bu hala hemoroid xəstələrində də rast gəlindiyi üçün qarışdırmamaq lazımdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

WhatsApp